

Allergik rinitin qarşısını almaq üçün mümkünsə ümumi allergenlərdən və ətraf mühitin çirklənməsindən çəkinmək tövsiyə olunur.


Burun filtrləri və blokatorları burun selikli qişasının çəpəri kimi çıxış edir və bəzi insanlar üçün faydalı alternativ ola bilər.


Qapalı məkanda havanın sirkulyasiyası vacibdir, çünki daxili hava çirkləndiriciləri xarici və daxili hava mübadiləsini yaxşılaşdırmaqla azaldıla bilər


Çoxsaylı tədqiqatlar göstərir ki, təmiz havaya çıxmaq uşaqlarda allergik rinitin yayılmasını azaltmağa kömək edir. Bitki örtüyünün (yaşıllıq) qoruyucu təsiri havanın çirklənməsinin azaldılması ilə sıx bağlıdır.


Son vaxtlar populyarlaşmış digər profilaktik üsul istixana qazlarının azaldılmasına kömək etmək üçün şəxsi avtonəqliyyatdan ictimai nəqliyyata, velosipedə və ya piyada gəzməyə keçiddir


Allergik rinit simptomları üçün bir çox müalicə üsulları var. Allergik rinit üçün ən çox istifadə edilən farmakoterapiya peroral antihistaminlərdir.
Məhsullar




Nixar® 20 mg (tabletlər)
Nixar® 20 mq-lıq tabletlərin tərkibində antihistamin olan bilastin aktiv maddəsi var.
Nixar® 20 mq-lıq tabletlərindən ot qızdırmasının (asqırma, qaşınma, burun axıntısı, burunda tıxanma, gözlərdə qızartı və sulanma) və allergik rinitin digər formalarının əlamətlərini aradan qaldırmaq üçün istifadə olunur. Bu dərman vasitəsindən qaşıntılı dəri səpkilərini (qurdeşənəyi və ya övrə) müalicə etmək üçün də istifadə edilə bilər.
Yaşlılar və 12 yaşdan yuxarı yeniyetmələr də daxil olmaqla böyüklərdə tövsiyə olunan doza gündə 1 tabletdir (20 mq).
Aşağıdakı hallarda NİXAR preparatını istifadə etmək olmaz:
Əgər Sizdə bilastinə və ya bu preparatın hər hansı digər komponentinə qarşı allergiya vardırsa.
Əgər Sizdə böyrək funksiyasının orta və ağır dərəcəli pozulması vardırsa və əgər Siz digər dərman preparatlarını qəbul edirsinizsə ("Digər dərman vasitələri və Nixar preparatı" bölməsinə baxın), Nixar preparatının istifadəsinə başlamazdan əvvəl məsləhət üçün müalicə həkiminə və ya əczaçıya müraciət edin. Hamiləlik və laktasiya dövrlərində istifadə olunmamalıdır.
Hamiləlik və ya ana südü ilə qidalandırma, eləcə də ehtimal edilən və ya planlaşdırılan hamiləlik zamanı bu dərman vasitəsini qəbul etməzdən əvvəl məsləhət üçün müalicə həkiminizə müraciət edin. Bu preparat 12 yaşdan kiçik uşaqlara verilməməlidir.
VACİB: Nixar® 20 mq-lıq tabletləri qida və ya meyvə suyunun qəbulundan 1 saat ƏVVƏL və ya 2 saat SONRA qəbul edilməlidir.