Övrə ümumi xəstəlik qrupudur
Övrə müxtəlif əsas səbəbləri olan ümumi heterogen xəstəlik qrupudur.

Övrə necə görünür
Övrə hər biri 1-24 saat davam edən keçici suluqlar və/və ya 72 saata qədər davam edən angioödem görünüşü ilə xarakterizə olunur.

Böyüklərin 25% - ə qədəri övrə təzahür edir
Böyüklərin 25%-ə qədərinin həyatları boyunca ən azı bir dəfə kəskin övrə epizodu yaşadıqları qözlənilir.

Xroniki spontan övrə
Övrə təzahür edən böyüklərin yalnız təxminən 3% -də xroniki spontan övrə inkişaf edir.

Uşaqlarda övrə
Uşaqlarda övrəyə daha az (3-5%) rast gəlinir, xroniki övrə isə daha az yayılır
Kəskin, xroniki, spontan və ya induksiya olunan
Övrə kəskin və xroniki, spontan və ya induksiya olunan növlərə bölünməlidir.
Övrənin müalicəsi
İndüksiya olunan formalarında üstünlük verilən müalicə üsulu (lakin həmişə mümkün olmur) çəkinməkdir. Farmakoloji müalicə əksər hallarda sedativ təsiri olmayan antihistaminlərlə məhdudlaşa bilər.
Müalicənin məqsədi simptomların tamamilə aradan qalxmasıdır.
Övrənin müalicəsi üçün sedativ təsiri olmayan antihistaminlər təkidlə tövsiyə olunur
Nixar® qaşınma ilə müşayiət olunan dəri səpgilərinin (urtikar səpgi və ya övrə) müalicəsi üçün təyin olunan sedativ təsiri olmayan antihistamindir.
Məhsullar




Nixar® 20 mg (tabletlər)
Nixar® 20 mq-lıq tabletlərin tərkibində antihistamin olan bilastin aktiv maddəsi var.
Nixar® 20 mq-lıq tabletlərindən ot qızdırmasının (asqırma, qaşınma, burun axıntısı, burunda tıxanma, gözlərdə qızartı və sulanma) və allergik rinitin digər formalarının əlamətlərini aradan qaldırmaq üçün istifadə olunur. Bu dərman vasitəsindən qaşıntılı dəri səpkilərini (qurdeşənəyi və ya övrə) müalicə etmək üçün də istifadə edilə bilər.
Yaşlılar və 12 yaşdan yuxarı yeniyetmələr də daxil olmaqla böyüklərdə tövsiyə olunan doza gündə 1 tabletdir (20 mq).
Aşağıdakı hallarda NİXAR preparatını istifadə etmək olmaz:
Əgər Sizdə bilastinə və ya bu preparatın hər hansı digər komponentinə qarşı allergiya vardırsa.
Əgər Sizdə böyrək funksiyasının orta və ağır dərəcəli pozulması vardırsa və əgər Siz digər dərman preparatlarını qəbul edirsinizsə ("Digər dərman vasitələri və Nixar preparatı" bölməsinə baxın), Nixar preparatının istifadəsinə başlamazdan əvvəl məsləhət üçün müalicə həkiminə və ya əczaçıya müraciət edin. Hamiləlik və laktasiya dövrlərində istifadə olunmamalıdır.
Hamiləlik və ya ana südü ilə qidalandırma, eləcə də ehtimal edilən və ya planlaşdırılan hamiləlik zamanı bu dərman vasitəsini qəbul etməzdən əvvəl məsləhət üçün müalicə həkiminizə müraciət edin. Bu preparat 12 yaşdan kiçik uşaqlara verilməməlidir.
VACİB: Nixar® 20 mq-lıq tabletləri qida və ya meyvə suyunun qəbulundan 1 saat ƏVVƏL və ya 2 saat SONRA qəbul edilməlidir.